Lənkəran şəhərinin Ləj kəndində ümumi sahəsi 264 kv.m olan ikimərtəbəli 9 otaqlı evin 1 otağının döşəməsi 0,5 kv.m sahədə, ev əşyaları 2 kv.m sahədə, yaxınlıqdakı ümumi sahəsi 30 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1 ton ot bağlamasının 600 kiloqramı yanıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.