Xüsusi təyinatlılar birinci oldular

Xüsusi təyinatlılar birinci oldular
  04 Sentyabr 2018    Oxunub:1863
Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında “Səmti müəyyənetmə” birinciliyi keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, mayor Vahid Məmmədov əvvəlcə birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq uğurlar arzulayıb.

15 komandadan 60 hərbi qulluqçunun gücünü sınadığı yarış gərgin mübarizə şəraitində keçib.

Yarış hərbi qulluqçuların dözümlülüyünü yoxlamaq, kompas və xəritədən istifadə bacarığını təkmilləşdirmək, güclü idmançı və komandaları müəyyən etmək məqsədilə keçirilib.

Komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə motoatıcılar, 3-cü yerdə isə tankçılar qərarlaşıb. Fərdi və komanda hesabında ilk üçlüyə düşməyi bacaranlar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən mükafatlandırılıblar.

AzVision.az



Teqlər: Naxçıvan   Xüsusi-Təyinatlı  





Xəbər lenti