Borca görə axtarılan 16 nəfər tutulub

Borca görə axtarılan 16 nəfər tutulub
  29 Avqust 2018    Oxunub:1576
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti