Narkotik satışı ilə daha çox işsizlər məşğul olur - Statistika
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törədən 1227 nəfərin 87,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 38,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,3 faizi 18-24 yaşlı, 13,3 faizi 25-29 yaşlı gənclər, 79,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
2018-ci ilin yanvar-iyun aylarında müsadirə edilən 1441,9 kiloqram narkotik maddələrin 674,5 kiloqramını heroin, 508,8 kiloqramını marixuana, 198,9 kiloqramını tiryək, 44,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 15,3 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
AzVision.az
Teqlər: