Səyahətə çıxanlar üçün hava proqnozu

Səyahətə çıxanlar üçün hava proqnozu
  24 Avqust 2018    Oxunub:1725
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumatına görə, Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırırıq ki, bu bölgədə əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, avqustun 25-26-da səhər saatlarında əsasən dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 21-26 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləsə də, avqustun 26-da səhər qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırılır ki, avqustun 25-26-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

AzVision.az


Teqlər: İstirahət   Hava   ETSN  





Xəbər lenti