Güclü fırtına gəmini sahilə atdı

 Güclü fırtına gəmini sahilə atdı
  20 Oktyabr 2013    Oxunub:1220
Poti limanında güclü fırtına Malta bayrağı altında üzən "Smart" adlı gəmini sahilə atıb.
AzVision.az xəbər verir ki, liman administrasiyasından verilən məlumata görə, gəmi 34 vaqonla dünən axşam limandan çıxıb, lakin 5 ballıq fırtına gəmini sahilə atıb.

16 ekipaj üzvündən (2 Rusiya, 14 Ukrayna vətəndaşı) heç biri xəsarət almayıb.

Fırtına Batumi bulvarına da ciddi ziyan vurub. Batumi şəhərinin meri Cemal Ananidzenin fikrincə, ziyanın miqdarı təxminən 1 milyon laridən (1 dollar 1,65 laridir) artıqdır.


Teqlər:





Xəbər lenti