İranın ali lideri 1241 məhbusu əfv etdi

İranın ali lideri 1241 məhbusu əfv etdi
  20 Oktyabr 2013    Oxunub:1195
İranın ali lideri Ayətullah Əli Xamneyi Qurban və Qədir-Xum bayramı (Əli əleyhissalamın xəlif elan olunduğu gün) münasibətilə həbsdə olan 1241 nəfərin əfv olunması barədə fərman imzalayıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramları münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 1241 məhbusun əfv edilməsi xahiş olunur. Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Qeyd edək ki, oktyabrın 24-də Qədir-Xum bayramı qeyd olunur.


Teqlər:





Xəbər lenti