Gürcüstan seçkilərində 3,5 milyondan çox seçici var

Gürcüstan seçkilərində 3,5 milyondan çox seçici var
  20 Oktyabr 2013    Oxunub:1148
Gürcüstanda prezident seçkilərində 3,5 milyondan çox seçici qeydə alınıb.
Gürcüstanda oktyabrın 27-də keçiriləcək prezident seçkilərində seçicilərin ümumi sayı 3 537 719 nəfər təşkil edir. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Yekaterina Azaraşvili deyib.

MSK-nın məlumatına görə, xaricdə yaşayan 48 458 Gürcüstan vətəndaşının səsvermədə iştirak etməsi üçün müxtəlif ölkələrdə 52 seçki məntəqəsi açılıb.
Bununla yanaşı, oktyabrın 21-dən seçki bülletenlərinin çap edilməsinə başlanılacaq.


Teqlər:  





Xəbər lenti