Somalidə bomba partladı – 16 ölü

Somalidə bomba partladı – 16 ölü
  20 Oktyabr 2013    Oxunub:1081
Somalinin mərkəzində intiharçının izdihamlı restoranda törətdiyi bomba partlayışı zamanı 16 nəfərin həlak olduğu bildirilir. Partlayış nəticəsində onlarla insan yaralanıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Bələdveyn şəhərində baş vermiş hücuma görə məsuliyyəti Əl-Şəbəb yaraqlı qrupu öz üzərinə götürüb. Qrupun açıqladığı bəyanatda bomba hücumunun əsas hədəfinin ölkədə yerləşdirilmiş Efiopiya və Cibuti əsgərlərinin olduğu bildirilib.

Əl-Şəbəb hücum zamanı Efiopiyanın 13 əsgəri də daxil olmaqla, 20 nəfərin ölümülə nəticələndiyini bildirib.

Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbəb qrupu özünün bildirdiyi kimi, Somalidə xarici ölkə əsgərlərinin yerləşdirilməsinə etiraz olaraq silsilə hücumlar həyata keçirib. Qrup keçən ay Keniyada alış-veriş mərkəzində 67 adamın ölümülə nəticələnmiş hücumun məsuliyyətini öz üzərinə götürmüşdür.


Teqlər:





Xəbər lenti