Brilyov hadisələri və Rusiya-Almaniya deyişməsi

Brilyov hadisələri və Rusiya-Almaniya deyişməsi
  19 Oktyabr 2013    Oxunub:1190
Rusiya Xarici İşlər Nazirliyi Brilyovda baş verənlərlə bağlı Almaniya hökümətinə cavab verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərin sualın cavablandırarkən Rusiya XİN insan haqları, demokratiya və qanun aliliyi üzrə komissarı Konstantin Dolgov Alman siyasilərin Rusiyada baş verən ksenofobiya halları haqda sözlərinə fikir bildirib.

`Sizlərə xatırlatmaq istərdim ki, Almaniyanın özündə və eləcədə demokratik Avropanın digər bölgələrində son zamanlar sağçı ekstremist, neonasist və ksenofobik ab hava yaşanır. Buna təsdiq olaraq gizli fəaliyyət göstərən Nasional-Sosialistləri gətirmək olar ki, artıq bir neçə ildir, heç bir məsuliyyətə cəlb olunmadan xarici gəlmələri öldürməyə müvəffəq olur. Bu təqdirdə Rusiyada xaricdən gəlmələrə dövlət səviyyəsində düşmənçiliyi haqda heç bir bəyanat verməyə borclu deyil`- deyə o bildirib.

Dolqov bildirib ki, Rusiya hüquq-mühafizə orqanlarının qətiyyətli və peşəkar şəkildə Qərbi Brilyov ərazisində xarici asayişi qorumaq cəhdləri Rusiyanın hem bir beynəlxalq öhdəliyin pozmur və buna siyasi səviyyədə hansısa bir qiymət verməyə ehtiyac qalmır.

`Alman həmkarların isə yumşaq desək öz ölkəsində insan hüquqları və demokratiya sahəsində görüləcək daha çox işi var` - deyə Konstantin Dolqov bildirib.

Qeyd edək ki, Brilyov hadisələri və meyvə bazarının bağlanması zamanı mindən artıq insanın yaxalanması bu zaman miqrantlarla hüquq mühafizə orqanlarının ksenofobik davranışı dünyada ən ali orqanlar tərəfindən tənqid edilib.

Amnesty International isə qeyd edir ki, ksenofobiya Rusiyada o qədər geniş yayılıb ki, hətta sentyabrda keçirilmiş mer seçkilərində belə “antimiqrant siyasəti həm iqtidaryönümlü Sergey Sobyaninin, həm də müxalifətçi Aleksey Navalnının seçki kampaniyasının əsasını təşkil edib”.


Teqlər:  





Xəbər lenti