Cənubi Koreyada turist polisi yaradılıb

Cənubi Koreyada turist polisi yaradılıb
  19 Oktyabr 2013    Oxunub:1220
Cənubi Koreyada turistlərə kömək üçün xüsusi polis bölməsi yaradılıb.
AzVision.az Lenta.ru-ya istinadən xəbər verir ki, Bölmənin tərkibi ingilis, yapon və Çin dilləri kimi xarici dillərdə danışan 100 gənc əməkdaşdan ibarətdir. Polis əməkdaşının hər birinin forması üzərində onun hansı dildə danışmasını bildirən xüsusi nişan var.

Oktyabrın 16-da təqdim edilən yeni bölmə əməkdaşları özləri ilə silah gəzdirmək və gözlənilməz hadisələr baş verdikdə adi polisləri xəbərdar etməklə bağlı təlimata malik deyillər. Təqdimat mərasimində Cənubi Koreya Turizm Assosiasiyasının prezidenti yeni əməkdaşlar qarşısında təntənəli çıxış edərək bildirib: “Turist polisi ölkənin qonaqlar üçün təhlükəsiz olmaması səbəbindən yaradılmayıb. Siz təhlükəsizlik simvolu olmalısınız. Bu andan etibarən siz həmişə turistlərlə şəkil çəkdirməlisiniz”


Teqlər:





Xəbər lenti