Kennedinin qətl fotosu hərraca çıxarılır

Kennedinin qətl fotosu hərraca çıxarılır
  19 Oktyabr 2013    Oxunub:1280
ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qətli zamanı çəkilmiş fotoşəkil Ohayo ştatının Sinsinnati şəhərində satışa çıxarılacaq. AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə foroşəklin müəllifi 81 yaşlı Meri Enn Murmen Kramer "The Cincinnati Enquirer"ə bildirib.

Hərrac noyabrın 15-də - C.Kennedinin qətlinin 50-ci ildönümünə bir həftə qalmış keçiriləcək. Auksionun təşkilat işləri ilə `Cowans Auctions` şirkəti məşğul olur.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, fotoşəkil 50-75 min dollara satıla bilər.

Qeyd edək ki, C.Kennedi 22 noyabr 1963-cü il tarixində Texas ştatında üstü açıq avtomobildə gedərkən qətlə yetirilib.


Teqlər:





Xəbər lenti