Moskvada azərbaycanlı miqrantlar tutuldu

Moskvada azərbaycanlı miqrantlar tutuldu
  18 Oktyabr 2013    Oxunub:1371
Həmyerlilərimiz paytaxt restoranlarından birində qalırlarmış.
Moskva polisi paytaxtın Rublevo qəsəbəsində restoranlarından birində yaşayan 8 miqrantı saxlayıb. AzVision.az-ın Rusiya istinadən verdiyi məlumata görə, miqrantlar əslən Orta Asiya və Azərbaycandan olduqlarını bildiriblər.

Moskva polisinin sözügedən restoranda miqrantların məskunlaşdığı yer aşkarlayıb. Həmin yer 19 yataqdan ibarət olub.

Buna görə də orada daha bir neçə miqrantın yaşadığı ehtimal olunur. Məhkəmə saxlanılan miqrantlardan 4-nün ölkədən çıxarılmasına qərar verib.

Qeyd edək ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovun bazar günü qətlə yetirilməsi ölkədə kütləvi iğtişaşlara səbəb olub.

Baş verən hadisələrdən sonra ölkədə miqrantlara qarşı nəzarət gücləndirilib.

S. Həsənova


Teqlər:  





Xəbər lenti