FHN Hacıqabuldakı qəza barədə məlumat yayıb

FHN Hacıqabuldakı qəza barədə məlumat yayıb
  01 Avqust 2018    Oxunub:3104
Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabul rayonu ərazisində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “KAMAZ” markalı yük avtomobili ilə “BMW” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış qadın cəsədi (şəxsiyyəti məlum deyil) deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti