Telman İsmayılovdan rusiyalı müğənniyə möhtəşəm hədiyyə

Telman İsmayılovdan rusiyalı müğənniyə möhtəşəm hədiyyə
  18 Oktyabr 2013    Oxunub:1203
Telman İsmayılov Rusiyanın tanınmış müğənnisi Nikolay Baskova villa hədiyyə edib.
37 yaşını qeyd edən Rusiyanın məşhur müğənnisinə azərbaycanlı biznesmen Telman İsmayılov böyük sürpriz edir. AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, sevimli ifaçısının ad gününü qeyd etmək üçün bisnemsen bağ evində doğum günü məclisi təşkil edib. T.İsmayılov elə orada Nikolay Baskova öz hədiyyəsini təqdim edib. Hədiyyə isə Telman İsmayılova məxsus Türkiyənin Aralıq dənizi sahilində yerləşən “Mardan Palace” mehmanxanasındakı villalardan biridir. Artıq Nikolay Baskov və onun ailə üzvləri istənilən vaxt həmin villadan istifadə edə bilərlər.

Qeyd edək ki, məclisdə həmçinin İqor Krutoy və xanımı Olqa, Qennadiy Xazanov, Alla Berber və Aleksandr Maşkeviç də iştirak edirdilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti