Əli Kərimlinin 7 illik yalanı...

Əli Kərimlinin 7 illik yalanı...
  17 Oktyabr 2013    Oxunub:1564
Özünü Azərbaycanın ana müxalifət partiyası hesab edən AXCP-nin 7 illik ofis həsrətinə nəhayət son qoyulub. Bu, bəlkə də təsadüfi görünsə də Əli Kərimlinin qərargah arzusu məhz prezident seçkilərindən cəmi bir neçə gün sonra çin oldu.

Niyə məhz seçkidən sonra? Bu suala bir az sonra cavab tapmağa çalışacağıq. İndi isə AXCP-nin yeni ofisinin necə tapması və hansı maliyyə vəsaiti hesabına icarəyə götürməsinə ayındlıq gətirək.

Təbii ki, özünü müxalifətin ən “nüfuzlu” partiyası kimi təqdim edən AXCP-nin qərargah tapması, ofis icarəyə götürməsi və yaxud hansısa məkanda toplantı, müşavirə keçirməsi kənardan qeyri-adi təsir bağışlamır. Bu, onların qanunvericiliyə əsaslanan vətəndaşlıq hüququdur.

Mövcud hakimiyyətə qarşı siyasi rəqib prizmasından daha çox düşmən mövqedən yanaşan cəbhəçilər düz 7 il idi ki, himayələrində olan mətbuatın səhifələrində “bizə ofis icarəyə götürməyə icazə vermirlər”-deyə ardı-arası kəsilməyən ittihamlar irəli sürür, iqtidarın ünvanına yerli-yersiz fikirlər səsləndirirdilər.

Xüsusən də partiya sədri Əli Kərimlinin mövqeyi bu istiqamətdə daha sərt təsir bağışlayırdı. O, hər səfərində partiyanın “qərargah” məsələsini beynəlxalq təşkilatlar, xarici diplomatlar qarşısında gündəmə gətirərək şəxsi maraqların naminə divident qazanmağa çalışır, Qərbin diqqətini cəlb etmək üçün məsum mələk obrazından çıxış edirdi.

Necə deyərlər, oğurluğun, yalanın 40 gün ömrü olduğu kimi Əli Kərimlinin də yalanı uzun çəkmədi. Seçkidən cəmi bir neçə gün sonra o, özünü ifşa etməyə məhkum oldu.

Milli Şura məğlubiyyət şokundan ayılmamış cəbhəçilər sosial şəbəkələrdə haray çəkərək yeni ofis icarəyə götürdüklərinin anonsunu verdilər. Sevincləri yerə-göyə sığmayan AXCP fəalları özləri də fərqinə varmadan 7 illik yalanlarını ifşa edirdilər.

Bu məqamda haqlı suallar ortaya çıxır.

Cənab Kərimli axı necə olur ki, dediyiniz kimi sizə icazə verilmədiyi təqdirdə cəsarət edib qərargah icarəyə götürə bildiniz? Axı siz bu imkanlarınızın olmadığını əlinizdə bayraq tutmuşdunuz, necə olduğu ki, 7 ildi “tapdalanan” hüquqlarınızı bərpa edə bildiniz?

Yəqin ki, cənab Kərimli bu sualları da özünə xas şəkildə cavablandıracaq.

Bəs, işsiz-gücsüz cəbhəçilərin kirayə pulunu necə ödəyəcəklər?

Onlar bu suala da tapa bildilər. Partiya sədrinin müavini Həsən Kərimov mətbuata açıqlamasında bildirib ki, ofis sahibi obyekti onlara təmənnasız, yəni bir qəpiksiz verib. Bu açıqlama ilk baxışdan inandırıcı görünməsə də AXCP buna da don geyindirməyi bacardı.

Əslində mətbuata yaxından tanış olan bu qərargah iş adamı Azər Əsgərova məxsusdur. Azərbaycandan kənarda yaşayan iş adamı ofisini bir neçə ay öncəyədək Rəsul Quliyevin partiyasına vermişdi. Deyilənlərə görə, Rəsul Quliyev okenanın o tayından aylıq 7 min ABŞ dolları icarə haqqı ödəyirmiş. Sonradan nə olduğunu bilməsək də Azər Əsgərov Rəsul Quliyevə komanda göndərərək ACP-ni qərargahından qovdu.

Yadınızdadırsa, ACP sədri Sülhəddin Əkbər Azər Əsgərovun onları Milli Şuranın iclasından sonra qovduğunu açıqlamışdı. Səbəb guya Rəsul Quliyevin hakimiyyətə həddən ziyadə müxalif olması göstərilirdi.
Bu yanaşmanın olduqca primitiv və bəsit olduğu ilk baxışdan bəlli idi. Əgər Rəsul Quliyev siyasi mövqeyinə görə, qərargahdan qovulsaydı Azər Əsgərov Əli Kərimliyə belə jest edərdimi? Təbii ki, yox. Bu, nəinki inandırıcı görünmür, hətta mümkün deyil. Azər Əsgərov yəqin ki Əli Kərimlinin qara qaş,gözünə vurulmayıb ki, ofisini ona pulsuz-parasız versin. Hərçənd ki, o təsəvvür edə biləcəyiniz qədər də sadəlöv deyil.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti