Maştağa sakini bıçaqlanıb

Maştağa sakini bıçaqlanıb
  13 İyul 2018    Oxunub:2889
Maştağa qəsəbə sakini Hacıağa Əliyev bıçaqlanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisindən qəsəbə sakini Hacıağa Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini Mircəlal Süleymanov saxlanılıb.

​Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

AzVision.az


Teqlər: DİN   Maştağa  





Xəbər lenti