Göygöldə 2 maşın toqquşub, 7 nəfər yaralanıb

Göygöldə 2 maşın toqquşub, 7 nəfər yaralanıb
  08 İyul 2018    Oxunub:3279
Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daşkəsən avtomobil yolunun "Stansiya Qızılca" ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılardan üçünün uşaq olduğu bildirilir. Hazırda xəstəxanaya yerləşdirilən yaralıların şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti