Paytaxtda 3 otaqlı ev yanıb

Paytaxtda 3 otaqlı ev yanıb
  29 İyun 2018    Oxunub:899
Bakının Xəzər rayonunda bağ sahəsində yanğın olub.
AzVision.azFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 2500 kv.m sahədə quru və ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın  





Xəbər lenti