"İslahatlar paketi prezidentə təqdim olunacaq" - Qoşqar Təhməzli

"İslahatlar paketi prezidentə təqdim olunacaq" - Qoşqar Təhməzli
  29 İyun 2018    Oxunub:1237
“Yaxın vaxtlarda Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə ət kəsimi və satışı yığışdırılacaq”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, heyvanın daşınma qaydaları düzgün həyata keçirilməsə, onun bədənində ifraz olunan xüsusi maddələr ətin yararsızlığına səbəb olur.

“Küçə və meydanlarda heç bir ekspertiza olmadan kəsim icra olunursa bu, insanların sağlamlığı üçün təhlükə mənbəyidir. Hazırda məsələ ilə bağlı yerli icra orqanları və Daxili İşlər Nazirliyinin müvafiq şöbələri ilə danışıqlar aparılır. İki ay ərzində ölkə başçısına islahatlar paketini təqdim edəcəyik”.

O, həmçinin vurğulayıb ki, Nazirlər Kabineti aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsi, qeydiyyata alınması ilə bağlı mövcud qərarın üzərində dəyişikliklər həyata keçirir: “Bir neçə nazirlik bu işə nəzarət edəcək. Bunlar Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: AQTA   Ət-kəisimi  





Xəbər lenti