7 tona yaxın narkotik məhv edilib

7 tona yaxın narkotik məhv edilib
  28 İyun 2018    Oxunub:1065
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Şabran şəhər sakini Telman Alışovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu və 75 qram marixuana, Göyçay RPŞ-nin əməkdaşları rayon sakini, əvvəllər də narkotikə görə məhkum olunmuş Kamil Qəndəliyevidən 4 qrama yaxın, evindən isə 485 qram marixuana, Masallı RPŞ-nin əməkdaşları Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əziz Mirzəyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu, Oğuz RPŞ-nin əməkdaşları Muxas kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Əhmədovdan 12 qram, evindən isə əlavə 651 qram marixuana aşkar edərək götürüblər.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ-nin əməkdaşları tərəfindən Qrand kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 7 tona yaxın 14210 ədəd çətənə kolu yığılaraq məhv edilib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti