FHN: xəsarət alanlar arasında azərbaycanlı olması hələ təsdiqlənməyib
13 nəfərdən yalnız iki nəfərin cəsədi tanınıb, daha ətraflı məlumat axşam daxil olacaq, FHN-dən bildirilib.
Samara vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin İdarəsindən bildirilib ki, həlak olmuş şəxslər Tacikistan və Özbəkistan vətəndaşı olub.
Hadisə gecə yarısına yaxın Samara vilayətinin Böyük Çerniqov rayonun M-32 yolunda baş verib.
Nijniy Novqorod vilayətinin dövlət nömrə nişanlı "Toyota" markalı mikroavtobusu qarşılıqlı hərəkət zolağına çıxaraq, Qazaxıstandan gələn "Mercedes" markalı avtofurqonla toqquşub. Zərbənin təsirindən hər iki avtomobil arxa düşüb, nəticədə 13 nəfər həlak olub.
Teqlər: