FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı

FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı
  14 İyun 2018    Oxunub:1109
Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1700 m² olan boya istehsalı sexinin ərazisinə yığılmış 174 ədəd (hər birinin həcmi 200 litr) olan boya çəlləklərinin 104 ədədi, sexin tavanına vurulmuş şüşə-pambıq üzlüyü 750 m², 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağın yanar konstruksiyaları və içərisinə yığılmış 2 ədəd (həcmi 3 m³) alkid və 1 ədəd (həcmi 5 m³) olan sintetik tiner məhlulu çəlləkləri, 2 ədəd dəzgah və 3 ədəd avtokarın təkərləri yanıb.

Sexin qalan hissəsi və digər çəlləklər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: FHN   Yanğın   Sex  





Xəbər lenti