Saatlıda zəhərlənən 24 nəfərdən 20-si evə buraxılıb

Saatlıda zəhərlənən 24 nəfərdən 20-si evə buraxılıb
  13 İyun 2018    Oxunub:1634
Saatlı rayonunun Simadakənd kəndində pambıq tarlasında baş vermiş zəhərlənmə ilə əlaqədar rayon xəstəxanasına yerləşdirilən şəxslərin hamısı evə buraxılıb.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, yalnız Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsində 4 nəfər qalıb. Onların da vəziyyəti yaxşıdır, bu günlərdə evə buraxılacaq.

Qeyd edək ki, pambıq tarlasında işləyən 24 nəfər kimyəvi maddədən zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 4-ü Bakıya gətirilmişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər: Saatlı  





Xəbər lenti