Azərbaycana ölü donorlar gətiriləcək

Azərbaycana ölü donorlar gətiriləcək
  04 İyun 2018    Oxunub:1217
Azərbaycanda ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi prosesi həyata keçiriləcək
AzVision.az xəbər verir ki, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.

Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Dəyişiklik layihəsi sabah Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə ediləcək.

AzVision.az


Teqlər: Qanunadəyişiklik   Donorgətirilməsi  





Xəbər lenti