Mingəçevirdə silahla gəzən şəxs tutuldu

Mingəçevirdə silahla gəzən şəxs tutuldu
  03 İyun 2018    Oxunub:1622
Mingəçevirdə qanunsuz silah-sursat aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata əsasən, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov şəhər ərazisində şübhəli şəxs qismində saxlanılmış və Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla lüləsi kəsilmiş odlu silah və əlində olan sellofan torbadakı qutunun içərisindən 357 ədəd pulemyot gülləsi və 20 ədəd 7,62 mm-lik avtomat "Kalaşnikov" gülləsi aşkar olunaraq götürülüb.

Faktla bağlı şöbədə araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti