NATO Suriyaya hücum etməyəcək

NATO Suriyaya hücum etməyəcək
  11 Oktyabr 2013    Oxunub:1183
Baş katib Anders Foq Rasmussen Suriya münaqişəsinin hərbi yolla həllinin olmadığını deyib.
Suriyaya qarşı hərbi gücdən istifadə bu ölkədə münaqişənin həllinə gətirib çıxarmayacaq. Bu qənaətə NATO-nun baş katibi Anders Foq Rasmussen gəlib. AzVision.az-ın Qərb mətbuatına istinadla verdiyi məlumata görə, o, hazırda NATO-nun rolunun nədən ibarət ola biləcəyini görmədiyini deyib.

"Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur", deyə o Yunanıstanda keçirdiyi mətbuat konfransında bildirib.

Xatırladaq ki, ötən ayın ortalarında Rasmussen diplomatlara kömək məqsədilə Suriyaya qarşı hərbi müdaxilə məsələsini gündəlikdən çıxarmağın əleyhinə idi.


Teqlər:  





Xəbər lenti