Mahmud Abbas Netanyahu ilə görüşəcək

Mahmud Abbas Netanyahu ilə görüşəcək
  11 Oktyabr 2013    Oxunub:1296
FMA rəhbəri yaxın günlərdə İsrailin baş naziri ilə görüşə bilər
Fələstin milli administrasiyasının rəhbəri Mahmud Abbas İsrail baş naziri Benyamin Netanyahu ilə ilkin şərtlər olmadan görüşə razılıq verib, görüş yaxın günlərdə Qüdsdə baş tuta bilər. Azvsison.az RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Jerusalem Post qəzeti xəbər verir.

Fələstin hakimiyyətinin nümayəndəsi bildirib ki, Abbas Netanyahu ilə görüşəcəyi haqqında öz razılığını artıq İsrail-Fələstin danışıqlarının əsas təşkilatçısı olan ABŞ prezidenti administrasiyasına bildirib.

Bundan öncə muxtariyyət rəhbəri irəli sürdüyü şərtlər barədə məlumat verilmir.

"Biz gözləyirik ki, görüş yaxın günlərdə baş tutacaq", - mənbə bildirib.


Teqlər:





Xəbər lenti