Parlamentin sədrinə sui-qəsd təşkil olundu

Parlamentin sədrinə sui-qəsd təşkil olundu
  10 Oktyabr 2013    Oxunub:1229
İraq parlamentinin sədri Usamə ən-Nuceyfiyə sui-qəsd təşkil olunub.
Bombayla yüklü avtomobil onu müşayət edən maşın karvanına yaxınlaşdıqdan sonra partladılıb. İraqın təhlükəsizlik əməkdaşlarının verdiyi məlumatına görə hadisə baş verən zaman İraqın parlament sədri avtomobilində olmayıb. Ona görə də Usamə ən-Nuceyfi heç bir xəsarət almayıb.

Terror aktı zamanı onun 6 mühafizəçisi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili sürətdə xəstəxanaya çatdırılıb. İraq polisi hələ ki, partlayışı hansı qruplaşmanın həyata keçirdiyi haqda heç bir məlumat verməyib. İlkin ehtimallara görə hücumu "Əl-Qaidə" terror qruplaşması gerçəkləşdirib.

S.Həsənova


Teqlər:  





Xəbər lenti