Baş naziri oğurladılar

Baş naziri oğurladılar
  10 Oktyabr 2013    Oxunub:1148
Liviyanın baş naziri oğurlanıb.
AzVision.az xəbər verir ki, Liviyanın baş naziri Əli Zeydan oktyabrın 10-da silahlı qrup tərəfindən oğurlanıb. Ölkənin rəsmi hökumət nümayəndələri Əli Zeydanın oğurlanması faktını təsdiq ediblər, lakin hadisənin təfərrüatları açıqlanmayıb.

Sky News Arabia və Al-Arabia telekanallarının məlumatına görə, silahlı şəxslərdən ibarət qrup Tripoli hotellərinin birindən Əli Zeydanı tutub və naməlum istiqamətə aparıb.

Qeyd edək ki, Əli Zeydan 2012-ci ilin oktyabrından Liviyanın baş naziri vəzifəsində çalışır.

AzVision.az


Teqlər:





Xəbər lenti