Hesablama Palatası deputatlara hesabat verəcək

Hesablama Palatası deputatlara hesabat verəcək
  17 May 2018    Oxunub:1002
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasının gündəliyinə 10 məsələ daxil edilib.

Bunlar “Hesablama Palatasının hesabatı haqqında”, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi, “Əmək məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi , “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunda dəyişikliklər edilməsi, “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi, “Yanğın təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunda dəyişiklik edilməsi, “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi və “Hesablama Palatası haqqında” qanun layihələridir.

AzVision.az


Teqlər: Milli-Məclis   İclas   Plenar  





Xəbər lenti