Çində 139 cihadçı tutuldu

Çində 139 cihadçı tutuldu
  09 Oktyabr 2013    Oxunub:1085
Çin hökuməti Sintzyan-Uyğur Muxtar rayonunda 139 cihadçını həbs edib.
AzVision.az xəbər verir ki, şübhəlilər internetdə cihada çağırış etməkdə ittiham olunub. Yerli Global Times qəzeti yazır ki, əslində tutulan 139 nəfər cəzalandırılıb, lakin onların necə cəzalandırıldığı açıqlanmayıb. Digər 256 nəfər internet vasitəsilə məlumatlar yaydığı üçün cəzalandırılıb.

Polis bildirib ki, həbs olunanlar bir-birlərinə islamla bağlı materiallar veriblər. Terror qrupuna daxil olanların hücum etmək planı olduğu ehtimal olunur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar insanları öldürməyi öyrədən video izləyiblər.

AzVision.az


Teqlər:





Xəbər lenti