Türkiyə mətbuatının seçki proqnozu

Türkiyə mətbuatının seçki proqnozu
  09 Oktyabr 2013    Oxunub:963
“İlham Əliyev 80 faizdən çox səs toplayacaq”.

Azərbaycanda keçirilən prezident seçkiləri, Türkiyə mətbuatının əsas mövzusuna çevrilib.“Hürriyet” qəzetinin bugünkü nömrəsində seçki mühiti, seçkinin nəticələri ilə bağlı fikirlər, eləcə də rəy sorğuları yer alıb. Qəzet yazır ki, 10 namizədin yarışdığı seçkilərdə hazırkı prezident İlham Əliyevin qəlib gələcəyi birmənalıdır. Qəzet “Cihan” xəbər agentliyinə istinadən yazır ki, İlham Əliyevin reytinqi seçki təbliğatı müddətində beynəlxalq müstəqil təşkilatların araşdırmalarının heç birində səksən faizdən aşağı düşməyib.

Mütəxəssislərin fikrincə, Əliyevin seçicilərin 80 faizindən çoxunun səsini ala biləcəyinin əsas səbəbi ölkədə yaşanan iqtisadi sabitliklə bağlıdır.


Teqlər:  





Xəbər lenti