ABŞ iflas oldu

ABŞ iflas oldu
  09 Oktyabr 2013    Oxunub:1098
ABŞ oktyabrın 17-də müflis olacaq.
Milli borcun artması barədə qanun qəbul edilməsə, ABŞ oktyabrın 17-də iflasını bəyan edəcək. Bu xəbərdarlığı ABŞ-ın maliyyə naziri Ceykob Lyu edib.

“Hökumət borcunu ödəyə bilməsə, bu, fəlakətə gətirib çıxaracaq” – Lyu vurğulayıb. Onun sözlərinə görə, böhranın nəticələri 2001-ci ildəki bənzər vəziyyət kimi ABŞ üçün ağır olacaq. Üç həftə sonra dövlət xəzinəsində 30 milyard dollar qalacaq, lakin bu müddət ərzində ABŞ-ın maliyyə öhdəlikləri iki dəfə arta bilər.

Bu ilin mayında ABŞ-ın borcu 16,7 trilyona çatıb. Prezident Barak Obama yeni maliyyə böhranı ehtimalının olacağını bildirib. Onun sözlərinə görə, parlamentdə yeni 2014-cü maliyyə ili üçün büdcə qəbul edilməsə, hökumətin işi dayandırılacaq.

Bundan başqa, bəzi Amerika şəhərləri artıq iflasa uğrayıb. Detroit şəhər rəhbərliyi 18,5 milyard dollar borcunu ödəyə bilmədiyi üçün məhkəməyə müraciət edib. Rəhbərlik daha əvvəl borcun onda birini ödəmək üçün kreditorlar ilə danışıqlar aparıb, lakin heç bir razılıq əldə olunmayıb. Kaliforniya və San-Xoseni də eyni aqibət gözləyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti