Goranboyda dəhşətli qəza - Ölənlərin adları bilindi (Yenilənib)

Goranboyda dəhşətli qəza - Ölənlərin adları bilindi (Yenilənib)
  03 May 2018    Oxunub:4259
Goranboyda baş vermiş avtomobil qəzası nəticəsində yaralananların və ölənlərin hamısının adları məlum olub.
Yaralılar Ağdam rayon Paşabəy kənd sakinləri: - 2006-cı il təvəllüdlü Quliyeva Xədicə Amil qızı, 2016-cı il təvəllüdlü Əhmədov Füzuli İlham oğlu və Xanqərvənd kənd sakinləri: - 1977-ci il təvəllüdlü Feyzulayeva Hüsniyə Sədrəddin qızı, 2001-ci il təvəllüdlü Süleymanova Qəribə Əli qızıdır.

Qəza nəticəsində ölənlər isə "Toyota" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və "VAZ-21021" markalı avtomobilin sürücüsü Goranboy rayon Xanqərvənd kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Əli Süleyman oğludur.

Hadisə ilə bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***
(19:23)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb. Məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır.

Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. (Report)

AzVision.az


Teqlər: Goranboy   Qəza  





Xəbər lenti