Sabunçuda qəza: 2 nəfər ölüb

Sabunçuda qəza: 2 nəfər ölüb
  02 May 2018    Oxunub:2005
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, mayın 2-də saat 13:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna vurub.

Nəticədə sürücü və sərnişinlərindən qəsəbə sakini Elçin Tağıyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti