Saxta pulu dəyişən şəxs tutuldu

Saxta pulu dəyişən şəxs tutuldu
  02 May 2018    Oxunub:1417
Mayın 1-də saat 21 radələrində Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Birinci Şıxlı kənd sakini N.Əhmədov bir qədər əvvəl İkinci Şıxlı kəndi ərazisində naməlum şəxsin ona 21600 rubl saxta əskinas verərək 560 manatını aldığını bildirib.
Bu barədə AzVision.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin sərnişin qismində mindiyi “Mercedes” markalı avtomobil müəyyən edilib.

Həmin nəqliyyat vasitəsi müraciətdən 1 saat sonra Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisindəki postunda yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Saxta əskinasları verməkdə şübhəli bilinən Masallı rayon sakini Azad Atəmli Qazax RPŞ-nin əməkdaşlarına təhvil verilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.


AzVision.az



Teqlər:





Xəbər lenti