Gəncə sakini keçmiş arvadını bıçaqlayıb öldürdü

Gəncə sakini keçmiş arvadını bıçaqlayıb öldürdü
  02 May 2018    Oxunub:1523
Mayın 1-də Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadə münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az



Teqlər: DİN   Qətl  





Xəbər lenti