Bakıda ev, Ağcabədidə maşın yanıb

Bakıda ev, Ağcabədidə maşın yanıb
  02 May 2018    Oxunub:1632
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunun Kürdlər kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Ev   Maşın  





Xəbər lenti