Nazir 5 min manat tapan məktəblini mükafatlandırdı - FOTO

Nazir 5 min manat tapan məktəblini mükafatlandırdı - FOTO
  01 May 2018    Oxunub:5829
Tovuzda küçədən tapdığı 5 min manatlıq pul kisəsini sahibinə qaytaran məktəbli təltif edilib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun AzVision.az-a verdiyi məlumata görə, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasov bu örnək davranışına görə təhsil naziri Ceyhun Bayramov tərəfindən Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib. Bundan əlavə şagirdə planşet və kitablar hədiyyə edilib.

Qeyd edək ki, İdris Abbasov pulu sahibinə qaytardıqdan sonra ona təklif oluna hədiyyədən də imtina edib.





Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti