Böyük Britaniya və İran səfirliklərini yenidən açır

Böyük Britaniya və İran səfirliklərini yenidən açır
  09 Oktyabr 2013    Oxunub:1307
Böyük Britaniya və İran yaxın zamanda Tehran və Londonda yenidən səfirliklərini aça bilər.
AzVsison.az `BBC` istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın XİN rəhbəri Uilyam Xeyq açıqlamasında bildirib. Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2011-ci ildə soyuyub.

Uilyam Xeyq parlamentə bildirib ki, ilkin mərhələdə ölkələr müvəqqəti işlər müvəkkili səviyyəsində təmsil olunacaqlar. Onun sözlərinə görə, İranda Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra Tehranla aparılan dialoqun tonu dəyişilib.

Bununla belə, Xeyq qeyd edib ki, iqtisadi sanksiyaların götürülməsi üçün İran öz nüvə proqramına ciddi dəyişikliklər etməlidir.


Teqlər:





Xəbər lenti