Erməni milyarder Paşinyanı dəstəkləyir

Erməni milyarder Paşinyanı dəstəkləyir
  29 Aprel 2018    Oxunub:1762
“Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni milyarder Qaqik Tsarukyan ölkənin baş naziri postuna namizədliyini irəli sürməyəcəyini bəyan edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qaqik Tsarukyan seçkidə Ermənistan müxalifətinin lideri Nikol Paşinyanın namizədliyini dəstəkləyəcək.

İddiaya görə, buna cavab olaraq Paşinyan rəhbərlik edəcəyi müvəqqəti hökümətin tərkibində “Tsarukyan” ittifaqının üzvlərinə yer verəcəyini deyib.

Qeyd edək ki, Ermənistanın yeni baş naziri parlamentin mayın 1-də keçiriləcək xüsusi iclasda seçiləcək.

AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti