Xəzinədara 14 bıçaq vuran keçmiş məhkum tutuldu

Xəzinədara 14 bıçaq vuran keçmiş məhkum tutuldu
  28 Aprel 2018    Oxunub:2147
Bakıda 20 min manat oğurlamaq istəyən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 25-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə rayon ərazisindəki MMC-lərin birinin qarşısında naməlum şəxsin qarət məqsədilə oranın xəzinədarı Tərxan Namazova bıçaqla xəsarətlər yetirərək cəmiyyətə məxsus 20000 manat pulu almağa cəhd göstərməsi, lakin səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Turan Kubuşov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı T.Namazova 14 bıçaq zərbəsi vurulub.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti