Paytaxtda əcnəbi qarət edilib

Paytaxtda əcnəbi qarət edilib
  28 Aprel 2018    Oxunub:1418
Bakıda əcnəbiyə qarşı soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 26-da əcnəbi vətəndaş Tamerlan Mustafayevi kəsici alətlə hədələyərək mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Viktor Çekunov saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti