Türməyə “Coca-Cola”da araq keçirmək istədi

Türməyə “Coca-Cola”da araq keçirmək istədi
  28 Aprel 2018    Oxunub:2072
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Həsənov Rahib Nüdrət oğlunun yanına qısamüddətli görüşə gələn qardaşı Ağcabədi rayon sakini Həsənov Samiq Nüdrət oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən çantasında olan “Coca-Cola” qabında spirtli maddə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Penitensiar-xidmət  





Xəbər lenti