Azərbaycanda bir gündə 78 cinayət törədilib

Azərbaycanda bir gündə 78 cinayət törədilib
  28 Aprel 2018    Oxunub:1068
Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 78 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti