Salyanda "Mercedes" "KAMAZ"la toqquşub - 2 nəfər ölüb
28 Aprel 2018
Oxunub:2364
Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Salyan rayonunda “Mercedes” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobili toqquşub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücü və sərnişinin cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.