Bakıda tikilməkdə olan bina yanıb

Bakıda tikilməkdə olan bina yanıb
  28 Aprel 2018    Oxunub:1162
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda hər mərtəbəsi 320 m2 olan yaşayış binasının (tikintisi başa çatmayıb) 10-cu mərtəbəsində quraşdırılmış taxta qəliblər 50 m2 sahədə yanıb.

Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı   Bina  





Xəbər lenti