Bakıda ər qəza törətdi, arvadı öldü

Bakıda ər qəza törətdi, arvadı öldü
  27 Aprel 2018    Oxunub:1454
Bakıda ölümlə nəticələnən qəza baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Füzuli rayon sakini Kərəm Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə K.Əliyevin sərnişini - arvadı Ağgül hadisə yerində ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza   DİN  





Xəbər lenti