"Sınıq Körpü"də telefon əməliyyatı

"Sınıq Körpü"də telefon əməliyyatı
  27 Aprel 2018    Oxunub:1463
Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə idarəsinin əməkdaşları gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edib.
DGK-dan AzVision.az-a verilən məlumatda deyilir ki, şöbəyə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz C 230" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti